Meşəlik ərazilərdə ağaclara düşən zərərvericilərə qarşı dərmanlama işləri aparılıb
10 İyul 2023, 14:15
Meşəlik ərazilərdə ağacların ziyanverici həşəratlardan mühafizə olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması, Meşələrin İnkişafı Xidmətlərinin və Kənd Təsərrüfatı Nazirliyinin Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət qrup tərəfindən aparılan növbəti monitorinqlər zamanı Samur-Yalama Milli Parkı və ona yaxın meşəlik ərazilərdə "qaraçı güvəsi” kimi tanınan tək ipəksarıyan ziyanvericisinin yayıldığı müəyyən edilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, əsasən palıd və vələs ağaclarına düşən zərərvericilərə qarşı mütəxəssislər tərəfindən dərmanlama işləri aparılıb və 150 hektar ərazi dərmanlanıb.
“Hazırda monitorinqlər və zərərvericilərə qarşı tədbirlər davam etdirilir”.