Xəbərlər

Xəzərin Hövsan sahili tullantılardan təmizlənib

09 İyul 2023, 15:00

“Təmiz ölkəm” aksiyası çərçivəsində Xəzərin Hövsan sahil zolağında iməcilik keçirilib.

Nazirliyin, Suraxanı Rayon İcra Hakimiyyətinin, “Nargis” jurnalının əməkdaşlarının, “EcoHub” könüllülərinin və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya zamanı ümumilikdə 3 hektar sahil zolağı məişət tullantılarından təmizlənib.

Aksiyaların keçirilməsində məqsəd sahilyanı ərazilərin təmizliyini təmin etmək, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Hər kəsi məsuliyyətini dərk edərək ətraf mühiti təmiz saxlamağa, əraziləri çirkləndirmədən, təmiz istifadə etmək vərdişinə yiyələnməyə çağırırıq.