Ümumrespublika təmizlik aksiyaları zamanı dəniz və çay sahilləri tullantılardan təmizlənib
02 İyul 2023, 15:00
Növbəti təmizlik aksiyaları Xəzər dənizinin Giləzi sahilində, Baş Mil-Muğan hidroqovşağının Beyləqan rayonu ərazisindən, Ağstafaçayın Qazax şəhəri ərazisindən keçən ərazilərində keçirilib.
Ümumilikdə 300 nəfərdən artıq vətəndaşın, tərəfdaş qurumların dəstəyi ilə keçirilən aksiyalarda ərazilərdən 2 tona yaxın müxtəlif növ tullantı toplanaraq daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin dəstəyi ilə su hövzələrinin mühafizəsinə, ətraf mühitin qorunmasına nail olmaqdır.

Hər kəsi məsuliyyətini dərk edərək ətraf mühiti təmiz saxlamağa, əraziləri çirkləndirmədən, təmiz istifadə etmək vərdişinə yiyələnməyə çağırırıq.