Ümumrespublika təmizlik aksiyaları davam edir
24 İyun 2023, 15:25
“Təmiz ölkəm” aksiyası çərçivəsində Kür çayının Şirvan şəhəri ərazisindən, Qudyalçay çayının Quba rayonu ərazisindən, Göyçay çayının Göyçay şəhəri ərazisindən keçən hissəsində, Tərtərçay və Qoşqarçay çaylarının sahillərində təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli bölmələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin, könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 500 nəfərdən artıq iştirakçı ilə ümumilikdə 3 tondan artıq məişət tullantıları yığışdırılaraq daşınıb.
Hər kəsi təbiət qoynunda dincələrkən təmizliyə riayət etməyə, ətraf mühiti birgə qorumağa çağırırıq.