Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
24 İyun 2023, 09:30
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Bərdə, Göyçay, Ağdam və İsmayıllı rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xaçmaz rayonu, Palçıqoba kəndində vətəndaş Zahir Nəcəfov, Bərdə rayonu, Əyricə kəndində Rafiq Məmmədov, Göyçay rayonu, Şıxbəy kəndində Namizəd Kərimov, Ağdam rayonu, Dadaşlı kəndi ərazisində Toğrul Kərimov, İsmayıllı rayonu, Diyallı kəndi ərazisində isə Diyallı bələdiyyəsinin sədri Cahangir Surxayev tərəfindən kəsildiyi məlum olub.
“Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.