21 iyunda atmosfer havasının keyfiyyəti
21 İyun 2023, 16:50
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı 1.4, kükürd qazı 1.3, dəm qazı 1.6, azot-4 oksidin miqdarı isə Sumqayıt və Gəncə şəhərlərində 1.2 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar lokal xarakterlidir.

Dəm qazı, kükürd qazı, və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.