“İnsan Hüquqları Aylığı” çərçivəsində görüşlər keçirilib
20 İyun 2023, 18:00
“İnsan Hüquqları Aylığı” çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Lənkəran rayon Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbində, Şirvan şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirilib.
Görüşdə şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmiş sağlam ətraf mühitdə yaşamaq hüququ maddəsi, narkomaniyaya qarşı mübarizə yolları barədə məlumatlar verilib.
Eyni zamanda, İnsan Hüquqları üzrə Müvəkkilin Cənub Regional Mərkəzinin rəhbərinin iştirakı ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinə sağlam ətraf mühitdə yaşamaq hüququ mövzusunda seminar keçirilib.