Xəbərlər

Faktiki hava

20 İyun 2023, 10:30

Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 24 mm, Zaqatalada 18 mm, Lənkəran, Altıağac, Sarıbaş, Ceyrançöl, Qax, Şəki, Quba, Xaltan, Şabran, Göytəpə, Şahdağda 7 mm–dək olub.

Yağan leysan yağış nəticəsində Balakən rayonu ərazisindən axan Balakənçay, Katexçay və Zaqatala rayonu ərazisindən axanTalaçaydan sel keçib.