Xəbərlər

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək.

18 İyun 2023, 21:30

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

G. Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti bölgələrdə iyunun 21-i gündüzədək , Bakıda və Abşeron yarımadasında isə iyunun 19-u səhərədək davam edəcək.