“Əziz Şuşa” beynəlxalq velosiped yarışında dördüncü mərhələsi Göygöl Milli Parkında yekunlaşıb.
11 İyun 2023, 13:25
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb.
Gəncə İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Göygöl Milli Parkında yekunlaşıb.
İdmançılar Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vuraraq, 102,9 km məsafə qət ediblər. Finişə hamıdan tez çatan velosipedçi italiyalı Alessandro Monako olub. Onun komanda yoldaşı Emanuele Ansolini ikinci, Qazaxıstan təmsilçisi Rudolf Remxi üçüncü yeri tutub.
Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına bu gün yekun vurulacaq. Son mərhələdə idmançılar Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafə qət edəcəklər.