“Sahillər təmiz qalsın” şüarı altında ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib
10 İyun 2023, 18:40
Bu gün, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu, “Təmiz Şəhər” ASC və BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə “Sahillər təmiz qalsın” şüarı altında ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.
Çimərlik mövsümünün açılışı ərəfəsində keçirilən və Ümumdünya Ətraf Mühit Gününə həsr olunan aksiya zamanı Corat çimərliyi ərazisi könüllülər tərəfindən təmizlənib, toplanan tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.