Xəbərlər

Bakıda “Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər” mövzusunda biznes-forum keçirilib

09 İyun 2023, 15:40

İyunun 9-da “Bakı KOB evi”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər” mövzusunda biznes-forum keçirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və dağ-mədən sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Forumda ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları, dağ-mədən sektoruna investisiya qoyuluşu, yerin təkindən istifadəyə dair mövcud qanunvericiliyin tələbləri, yeni texnologiyaların tətbiqi, təbii resursların iqtisadi dövriyyəyə cəlb edilməsi, sözügedən sahədə hesabatlılıq, şəffaflıq və xidmətlər üzrə operativliyin təmini məqsədilə yeni istifadəyə verilmiş “Elektron platforma”nın tətbiqinə dair məlumat verilib.

Tədbir çərçivəsində, həmçinin müvafiq dövlət qurumları və sahibkarlar arasında “B2B” görüşlər keçirilib, biznes subyektlərinin dağ-mədən sahəsi, bu sahədə fəaliyyət üçün maliyyə vəsaitinin ayrılması, biznesin qurulmasına və inkişafına dövlət dəstəyi barədə sualları cavablandırılıb.