Oduncaq tədarükü ilə əlaqədar növbəti ictimai dinləmələr keçirilib
09 İyun 2023, 15:15
Qışa hazırlıq məqsədilə oduncaq tədarükü ilə əlaqədar dünən və bugün Ağcabədi, Beyləqan, Quba, Qusar, Xaçmaz, Gədəbəy, Sabirabad, Hacıqabul, Lənkəran, Astara və Lerik rayonlarında ictimai dinləmələr keçirilib.
Şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ictimai fəalların, kənd sakinlərinin iştirakı ilə keçirilən ictimai dinləmələrdə qırma sahələrinin ayrılması, oduncaq tədarükü və satışının həyata keçirilməsi qaydaları haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərinin əhalisinə dəyəri əvvəlcədən ödənilmək şərtilə veriləcək.
İctimai dinləmələr növbəti həftələrdə də davam etdiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.