Yanğın təhlükəsizliyi” mövzusunda növbəti maarifləndirici təlim keçirilib
08 İyun 2023, 10:40
Meşə yanğınlarının qarşısının alınması məqsədilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və könüllü dəstələrinin iştirakı ilə Cəlilabad rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.