Oduncaq tədarükü ilə əlaqədar növbəti ictimai dinləmələr keçirilib
06 İyun 2023, 15:25
Qışa hazırlıq məqsədilə oduncaq tədarükü ilə əlaqədar dünən və bugün Ağsu, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ və Şabran rayonlarında ictimai dinləmələr keçirilib.
Şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ictimai fəalların, kənd sakinlərinin iştirakı ilə keçirilən ictimai dinləmələrdə qırma sahələrinin ayrılması, oduncaq tədarükü və satışının həyata keçirilməsi qaydaları haqqında ətraflı məlumatlar verilib.
Qeyd edək ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərinin əhalisinə dəyəri əvvəlcədən ödənilmək şərtilə veriləcək.
Növbəti ictimai dinləmələrin keçiriləcəyi ərazilər barədə məlumatlar Nazirliyin saytında və sosial şəbəkələrində paylaşılıb.