“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti maarifləndirici təlimlər keçirilib
06 İyun 2023, 12:58
Meşə yanğınlarının qarşısının alınması məqsədilə Qəbələ, Masallı, Ağcabədi və Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, kənd sakinlərinin, bələdiyyə və təşkilatların nümayəndələrinin iştirakı ilə Qəbələ, Masallı, Şəmkir və Beyləqan rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.
Təlimlərdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.