Xəbərlər

5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar təmizlik aksiyaları keçirilib

05 İyun 2023, 12:50

5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Qudyalçayın Quba rayonu Qəçrəş kəndi ərazisindən və Qusarçayın Qusar rayonu Qayakənd kəndi ərazisindən keçən hissələrində təmizlik aksiyaları keçirilib. 4 hektar çay yatağı ümumilikdə 850 kiloqram müxtəlif növ tullantılardan təmizlənib.

Yüzdən çox vətəndaşın qatıldığı iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Quba və Qusar Suvarma Sistemləri İdarələrinin nümayəndələri, könüllülər və ictimaiyyət nümayəndələri iştirak edib.

İməcilikdə toplanılan tullantılar çeşidlənərək müvafiq qaydada ərazidən kənarlaşdırılıb.

Təmizlik aksiyasının keçirilməsində məqsəd turizm zonasında yerləşən Qusarçay və Qudyalçay ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə əhalini maarifləndirməkdən ibarətdir.