Azərbaycan yaxın üç il ərzində regional komissiyanın texniki məsləhətçi komitəsinə sədrlik edəcək
02 İyun 2023, 19:00
Qazaxıstanın Astana şəhərində "Mərkəzi Asiya və Qafqazda balıqçılıq və akvakultura sahəsində regional Komissiya"nın (CACFish) Texniki Məsləhətçi Komitəsinin 6-cı sessiyası başa çatıb.
Sessiyada Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.
Sessiyada Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.
Sessiya zamanı akvakulturada növ müxtəlifliyi, balıqçılıq və akvakulturada təhlükəsizlik qaydaları, gender məsələləri və regionda balıq ovu alətlərinin qeydiyyatı mövzuları üzrə FAO-nun beynəlxalq ekspertləri tərəfindən hazırlanmış layihələrin müzakirəsi aparılıb.
Yekunda Azərbaycan tərəfi yaxın üç il müddətində CACFish Komissiyasının Texniki Məsləhətçi Komitəsinin sədri seçilib.
CACFish Komissiyasının bu ilin oktyabr ayında keçirələcək növbəti iclası üçün 2023-2025-ci illər üzrə iş planı, seminarlar, ekspert görüşləri və digər elmi texniki tövsiyələr təsdiqlənib.