Xəbərlər

2 iyunda atmosfer havasının keyfiyyəti

02 İyun 2023, 17:00

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.2, dəm qazı 1.3, kükürd qazı 1.1 dəfə yüksək müəyyən edilib.

Havada müşahidə olunan toz transsərhəd xarakterli və qısamüddətlidir.

Dəm qazı və kükürd qazının miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.