Xəbərlər

“Təbiətinə can demişəm!” adlı ekotəlim keçirilib.

02 İyun 2023, 14:10

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “Profity Academy” təlim və konsultasiya mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyasının (ASA) 6-14 yaş aralığı qrupunda olan üzvləri üçün “Təbiətinə can demişəm!” adlı ekotəlim keçirilib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən həyata keçirilən təlimin məqsədi uşaqların ekoloji ictimai fəaliyyətinə dəstək olmaq, bu sahədə biliklərini genişləndirmək və ətraf mühitin mühafizəsi istiqamətində savadlılığı artırmaqdır.
Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunub.