Oduncaq tədarükü ilə əlaqədar növbəti ictimai dinləmələr keçirilib
02 İyun 2023, 13:05
Qışa hazırlıq məqsədilə oduncaq tədarükü ilə bağlı Tovuz, Ağdam və Bərdə rayonlarında ictimai dinləmələr keçirilib.
Şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ictimai fəalların, kənd sakinlərinin iştirakı ilə keçirilən ictimai dinləmələrdə qırma sahələrinin ayrılması, oduncaq tədarükü və satışının həyata keçirilməsi qaydaları haqqında ətraflı məlumat verilib.
Növbəti ictimai dinləmələrin keçiriləcəyi ərazilər barədə məlumatlar Nazirliyin saytında və sosial şəbəkələrində paylaşılıb.