Xəbərlər

Mayın 30-da ““Yaşıl enerji” və təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə təşkil olunub.

31 May 2023, 11:15

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Müzakirələr zamanı dövlət və özəl qurumların iştirakı ilə alternativ enerji mənbələrinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, tullantıların təkrar emalına, ətraf mühitin sağlamlaşdırılmasına, su ehtiyatlarından səmərəli istifadəyə dair fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, sualları cavablandırılıb.