Bakıda 2-ci Xəzər Su İnnovasiya Forumu keçirilir.
30 May 2023, 17:10
Forumun məqsədi Azərbaycanda su təchizatı, su tullantılarının emalı, sudan qənaətli istifadə edən texnologiyaların ölkəyə cəlb olunması, su ehtiyatlarının və ətraf mühitin qorunub saxlanması kimi məsələlərin aktuallığını vurğulamaqdır.
“Gələcək üçün su” (“Water for future”) konsept mesajı ilə keçirilən Forumun əsas hədəfi regionda su təsərrüfatlarının idarə edilməsi, tullantı suların təkrar emalı və qabaqcıl texnologiyaların nümayişi məqsədilə dövlət və özəl sektorunu bir araya gətirməkdir.
"Aqualink" MMC şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Forum 3 paneldən ibarətdir