Xəbərlər

Xəzər dənizinin şimaldan cənuba doğru bütün sahilboyu ərazilərində təmizlik aksiyaları keçirilib.

28 May 2023, 10:50

Ekologiya və Təbii Sərvətlər təşkilatçılığı, yerli icra nümayəndələrinin, idmançıların, könüllülərin iştirakı ilə 27 may tarixində Xəzər dənizinin şimaldan cənuba doğru bütün sahilboyu ərazilərində təmizlik aksiyaları keçirilib.

Aksiyalar zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, toplanmış tullantılar toplanaraq daşınıb.

Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.