Sahil zolağı tullantılardan təmizlənib
27 May 2023, 17:10
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, idmançıların, ekokönüllülərin iştirakı ilə bu gün Xəzər dənizinin Zirə qəsəbəsi sahilində təmizlik aksiyası keçirilib.
Aksiya zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, toplanmış tullantılar toplanaraq daşınıb.
Aksiyada iştirak edən İkiqat Paralimpiya çempionu İlham Zəkiyev öz təəssüratlarını bölüşərək bildirib ki, bu onların vətəndaşlıq borcudur.
“Təbiətə sevgi ilə yanaşmaq hansı vəzifədə, hansı sahədə çalışmağımızdan asılı olmamalıdır. Biz, idmançılar olaraq hər kəsi təbiəti çirkləndirməməyə, ona qarşı biganə olmamağa çağırırıq".

Aksiya iştirakçısı cüdoçu Vüsalə Hacıyevanın sözlərinə görə, dəniz sahillərində tullantıların yaratdığı xoşagəlməz mənzərə dənizinin gözəlliyini tullantıların kölgəsində qoyur.
“Bugünkü aksiyada çoxlu plastik butulka, polietilen torba topladıq. Həmin tullantıların təbiətə mənfi təsirləri barəsində də məlumatlıyıq. Bu səbəbdən həm sağlamlığımız, həm istirahətimiz, həm də təbiətimiz üçün əraziləri çirkləndirməyək”.
Aksiyada iştirak edən digər qonaqlar da böyük həvəslə bu aksiyada iştirak etdiklərini, istirahətdən zövq almaq üçün ətrafın təmiz olmasının vacibliyini vurğulayıblar və insanları təbiətdə olarkən təmizliyə riayət etməyə, tullantıları həmin ərazilərdə tərk etməməyə çağırıblar.
Aksiyadan sonra iştirakçılar Abşeron Milli Parkını ziyarət ediblər.
Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.