Xəbərlər

Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək

27 May 2023, 12:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası 29 may tarixində Xətai rayonu, Əhmədli qəsəbəsindəki Bravo hipermarketin qarşısında keçiriləcək.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

Bravo hipermarket - Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 4. 
Saat: 12:00
29 may