Xəbərlər

26 mayda atmosfer havasının keyfiyyəti

26 May 2023, 17:00

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.7, dispers toz hissəciklərinin miqdarı 1.2, kükürd qazı 1.1, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.3 dəfə yüksək müəyyən edilib.

Müşahidə olunan toz transsərhəd xarakterlidir. Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.