Xəbərlər

25 mayda atmosfer havasının keyfiyyəti

25 May 2023, 16:50

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.6, dispers toz hissəciklərinin miqdarı 1.1, azot-4 oksidin miqdarı isə Gəncə və Sumqayıt şəhərlərində 1.1 dəfə yüksək müəyyən edilib.

Havada müşahidə olunan toz lokal xarakterlidir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.