
24 may - Avropa Parkları Günüdür
24 May 2023, 15:30
Avropa Parklar Günü (EDoP) 35 ölkədə qorunan təbiət ərazilərini birləşdirən Avropa təşkilatı olan EuroPark Federasiyası tərəfindən təsis edilib. İlk dəfə 1999-cu ildə keçirilən bu gün bütün Avropada hər il mayın 24-də qeyd olunur.
Bu gün təbii ərazilərin qorunmasında beynəlxalq həmrəyliyi simvollaşdırır. Günün keçirilmə tarixi 1909-cu il mayın 24-də Avropada ilk milli parkların yaradılması ilə bağlıdır. Bunlar İsveçdə yaradılmış doqquz milli park idi. O vaxtdan bəri qorunan təbiət əraziləri Avropanın təbii və mədəni irsinin əvəzolunmaz hissəsinə çevrilib.
Hər il Avropa Parkları Günü xüsusi bir deviz altında qeyd olunur. Builki şüar “Köklərimiz üzərində inşa etmək”dir.