Göygöl rayonunda plastik qablaşdırma tullantılarının toplanması üçün təkrar emal qutuları yerləşdirilib
24 May 2023, 12:45
Göygöl Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Ecohub Ekoloji platforması və Coca Colanın “Tullantısız dünya” proqramı çərçivəsində Göygöl rayonunda plastik qablaşdırma tullantıların toplanması üçün təkrar emal qutuları yerləşdirilib.
Qeyd edək ki, Tullantısız dünya proqramının məqsədi istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və dairəvi iqtisadiyyata cəlb oluna bilən bu xammalın ətraf mühitə mənfi təsirini azaltmaqdır.
Ölkəmizin ətraf mühit təmizliyini qorumaq hər bir vətəndaşımızın borcudur. Gəlin, birlikdə təkrar emala dəstək olaq, plastik tullantıları çeşidləyək. Qutular aşağıdakı ərazilərdə yerləşdirilmişdir:
- Göygöl rayonunun mərkəzi, Azay Kazımov küçəsi, avtobus dayanacağı yaxınlığı;
- Göygöl rayonunun mərkəzi, Azay Kazımov küçəsi, "Əkizlər" marketin qarşısı