Xəbərlər

Azərbaycanlı alpinist dünyanın 5-ci ən hündür zirvəsində bayrağımızı dalğalandırdı

19 May 2023, 19:00

Everesti və şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının Baş katibi İsrafil Aşurlı dünən səhər saatlarında Nepalda yerləşən Makalu zirvəsini fəth edərək bayrağımızı dalğalandırıb.

Hündürlüyü 8485 metr olan Makalu dünyanın 5-ci ən hündür zirvəsidir və səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i burada uğur qazana bilir.

Bu, İsrafil Aşurlının fəth etdiyi sayca 6-cı səkkizminlik zirvədir.

Alpinistimizi təbrik edirik!