Xəbərlər

Sabirabad rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti maarifləndirici təlim keçirilib

18 May 2023, 17:40

Meşə yanğınlarının qarşısının alınması məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Sabirabad rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.