
Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək
18 May 2023, 09:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası 21 may tarixində “Həzi Aslanov” m/s yaxınlığındakı Neptun marketin qarşısında keçiriləcək.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
Neptun market - Rəsul Rza küç, 29/42, “Həzi Aslanov” m/s yaxınlığı
Saat: 14:00
21 may