Faktiki hava
15 May 2023, 13:10
Milli Hidrometeorologiya Xidmətinin mayın 15-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb. Qar örtüyü Şahdağ və Xınalıqda 3 sm, Qrızda 2 sm təşkil edib.
Düşən yağıntının miqdarı Hirkanda (Lənkəran) 95 (aylıq normanın 208 faizi), Oğuzda 50 (aylıq normanın 48 faizi), Astarada 43 (aylıq normanın 82 faizi), Lənkəranda 41 (aylıq normanın 90 faizi), Qəbələdə 37 (aylıq normanın 31 faizi), Lerikdə 27 (aylıq normanın 38 faizi), Zərdabda 20 (aylıq normanın 54 faizi), Ordubadda 19 (aylıq normanın 46 faizi), İmişlidə 19 (aylıq normanın 57 faizi), Beyləqanda 19 (aylıq normanın 49 faizi), Kəlvəz və Yardımlıda 18 (aylıq normanın 29 faizi), Göygöl və Cəfərxanda 16 (aylıq normanın 48 faizi), Sabirabadda 15 (aylıq normanın 45 faizi), Göytəpədə 14, Biləsuvarda 14 (aylıq normanın 43 faizi), Zaqatala və Qusarda 13, Kürdəmirdə 13 (aylıq normanın 43 faizi), Salyanda 12, Şəki, Naxçıvan, Şahbuz, Gədəbəy, Neftçala, Ağdam, Ağstafa, Şərur, Qrız, Balakən, Daşkəsən, Qax, Göyçay, Şahdağ, Culfa, Tərtər, Mingəçevir, Sədərək, Tovuz, Qobustan, Naftalan, Bərdə, Quba, İsmayıllı, Yevlax, Gəncə, Şamaxı, Xaltan, Xaçmaz, Şəmkir, Goranboy, Qazıməmməd, Şabranda 10, Abşeron yarımadasının bəzi yerlərində isə 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalanda 20, Naxçıvanda 18, Ceyrançöldə 16, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib. Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Müşahidə olunan və gözlənilən hava şəraiti, çaylardakı vəziyyətlə bağlı daha ətraflı məlumatları meteo.az saytından əldə edə bilərsiniz.