Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

13 May 2023, 17:55

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Müşfiqabad qəsəbəsi ərazisində vətəndaş Zaur Əlizadə tərəfindən kabel və plastik tullantıların qalaqlanaraq yandırılması faktı müəyyən edilib.

Sumqayıt regional ekologiya idarəsinin rəisi Vaqif Cavadov bildirib ki, faktla bağlı akt, protokol tərtib tərtib olunub və Zaur Əlizadə barəsində qanunamüvafiq tədbir görülüb.