Bu gün Beynəlxalq Köçəri Quşlar Günüdür
13 May 2023, 09:00
Beynəlxalq Köçəri Quşlar Günü 2006-ci ildən etibarən ildə iki dəfə - may və oktyabr aylarının ikinci şənbə günü qeyd edilir. Bu günün qeyd edilməsində məqsəd dünya ölkələrinin diqqətini qlobal ekoloji problemlərdən biri olan köçəri quşların köçü zamanı onların sərbəstliyini və təhlükəsizliyini təmin etməkdir.
Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollarından biri keçir. Hər il 1 milyona yaxın köçəri quş müxtəlif ölkələrdən qışlamaq üçün ölkəmizə köç edir. Yaz və payız köçü zamanı isə su-bataqlıq ərazilərində 10 milyonlarla quş müşahidə edilir.
Köçəri quşların əsas qışlama yerləri Abşeron, Şirvan, Ağgöl, Qızılağac Milli Parkları, Sarısu gölü və Araz çayıdır. Qış mövsümündə Abşeron Milli Parkında təqribən 120-150000-ə qədər quş qışlayır. Quşların ən böyük qışlama yeri isə Qızılağac Milli Parkıdır ki, burada təqribən 0.5 milyona qədər quş qışlayır.
Quşların köçü zamanı (yanvar-fevral aylarında) milli parklarda “quşları müşahidə” (birdwatching) üçün əlverişli şərait yaranır ki, bu da turistləri daha çox cəlb edir.