Xəbərlər

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun məlumatı

12 May 2023, 14:10

Atmosfer havasının keyfiyyətinin qiymətləndirilməsi məqsədilə növbəti monitorinqlər səyyar laboratoriya və portativ cihazlar vasitəsilə ölkənin cənub və şimal-şərq bölgəsində keçirilib.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı, Xızı və Şabran rayonlarında keçirilən monitorinqlərin nəticələrinə əsasən havanın keyfiyyət göstəricilərinin miqdarının yol verilən norma daxilində olduğu müəyyən edilib.

“Ölkə ərazisində atmosfer havasının keyfiyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər davam etdirilir”.