8 mayda atmosfer havasının keyfiyyəti
08 May 2023, 17:00
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.3, dəm qazı 1.7, azot-4 oksidin miqdarı Gəncə və Sumqayıt şəhərlərində 1.2 dəfə yüksək müəyyən edilib.
Müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar lokal xarakterlidir.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.