İctimai dinləmə keçiriləcək
05 May 2023, 19:30
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən növbəti ictimai dinləmə keçiriləcək.
11 may 2023-cü il tarixində saat 15:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında keçiriləcək ictimai dinləmədə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edəcək, maraqlı tərəflərin fikirləri dinlənərək yekun rəy qəbul ediləcək.