Suqovuşonda balıq buraxılışı tədbiri keçirilib
04 May 2023, 18:05
Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 4 may 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi, “Azərişıq” ASC, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəsmilərinin iştirakı ilə Suqovuşonda balıq buraxılışı tədbiri keçirilib və su anbarına 10 000 çəkikimi balıq körpəsi buraxılıb.