İqlim dəyişmələrinə uyğunlaşma məsələləri müzakirə olunub
04 May 2023, 10:30
2-3 may tarixlərində BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşmanın planlaşdırılması və icrası sahəsində bilik və bacarıqların artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və aidiyyəti dövlət qurumlarının nümayəndələri Ələt, Hacıqabul va Neftçala rayonlarına səfər edib.
Səfərin əsas məqsədi iqlim dəyişmələrinin regionlardakı mənfi təsirlərinin nəzərə alınması ilə müvafiq uyğunlaşma tədbirlərinin müzakirəsindən ibarət olub.
Eyni zamanda su ehtiyatları, kənd təsərrüfatı və sahil bölgələri kimi prioritet sektorlarda iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri səfər zamanı əsas müzakirə mövzusu olub.
İştirakçılar tərəfindən Port Ələt, Kür çayı ətrafı, Pirsaat su anbarı və digər ərazilərə keçirilmiş baxış zamanı yaranan problemlər, eyni zamanda əlaqəli gendər məsələləri nəzərdən keçirilib.