“Bir damcı” kampaniyası çərçivəsində ümumtəhsil məktəblərində maarifləndirici təlimlər davam edir.
03 May 2023, 10:00
Ölkə əhalisinin diqqətini sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir damcı” kampaniyası çərçivəsində paytaxt və ətraf qəsəbələrdə yerləşən ümumtəhsil məktəblərində maarifləndirici təlimlər keçirilir.
24-28 aprel tarixlərində layihə təşkilatçıları 291 nömrəli Ekologiya liseyinə, Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbə, 214 nömrəli tam orta məktəbə səfər edərək 5-7-ci sinif şagirdləri ilə görüşlər keçirib, sudan qənaətlə istifadənin vacibliyi barədə təqdimatlarla çıxış edib, onlara sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir damcı” kitabı və müxtəlif hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, layihənin təşkilatçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Su Ehtiyatları Agentliyidir.