Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

03 May 2023, 11:35

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun dağlıq ərazisindən qanunsuz gil götürülməsi, eyni zamanda ərazidəki kol bitkilərinin çıxarılması faktı aşkar olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ərazidən 687 m3 həcmində gil kütləsinin götürülməsi və 23 kolun çıxarılmasının “İftixar” kiçik müəssisəsi tərəfindən həyata keçirilməsinə dair əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

“Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.