Bu gün 55 kq işlənmiş batareya toplanılıb
24 Aprel 2023, 15:00
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Müdafiə Sənayesi Nazirliyindən, “Araz” marketlər şəbəkəsinin Yasamal və Sumqayıt filiallarından ümumilikdə 55 kq işlənmiş batareya toplanılaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
ETSN və “Qırmızı Ürəklər” Fondu tərəfindən start verilmiş layihə çərçivəsində cari il ərzində 201 kq işlənmiş batareya toplanıb.
Bu layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır.
Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq.