Xəbərlər

Ulu öndərin 100 illik yubileyinə həsr olunan simpozium keçirilib

18 Aprel 2023, 16:00

Gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Avropa İttifaqı (Aİ), Yaşıl İqlim Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı və səyi nəticəsində iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu keçirilib.

Simpoziumda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, elm və təhsil naziri Emin Əmrullayev, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və digər rəsmilər iştirak ediblər.

Simpoziumda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa Birliyi və BMTİP-nin nümayəndələri "Gələcək Burada Başlayır" mövzusunda məktəb müsabiqəsinin iştirakçılarının hazırladığı layihələrlə tanış olublar.

Müsabiqədə 13 özəl və dövlət məktəbində təhsil alan 100-ə yaxın məktəbli iştirak edib. Yuxarı sinif şagirdləri iqlim dəyişikliyi ilə əlaqəli problemləri aradan qaldırmaq üçün yeni həll yolları tapmaqda maraqlı olduqlarını bildirib və asanlıqla həyata keçirilə bilən müxtəlif layihələri təqdim ediblər.

Bu tədbir gənc nəslin iqlim dəyişikliyinin təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün effektiv tədbirlər vasitəsilə həll yollarının tapılmasına bir nümunədir.