Xəbərlər

Arzu Babayeva:Təbiətin səssizliyinə qovuşmaq ən gözəl istirahətdir

22 Aprel 2023, 14:20

"Yazın isti nəfəsi duyulur, Azərbaycanın hər güşəsində. Gəlməyə, görməyə isə əlbəttə ki, təbiət, yaşıl istirahət, bir-birindən fərqli relyefə, landşafta malik milli parklarımızdır."

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib ki, bu bayram günlərində milli parklarda təbiətin oyanışını müşahidə etmək, təbiətin səssizliyinə qovuşmaq ən gözəl istirahətdir.

"Tətil günlərində istirahət üçün təbiəti seçən turistlərin üz tutduqları milli parklarımız hər gün saat 09:00-dan 18:00-dək açıqdır. Bütün milli parklarımız yolunuzu gözləyir."