Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

17 Aprel 2023, 14:55

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi, Binəqədi rayonlarında, eyni zamanda Qəbələ və Şəmkir rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə “Şərq İnşaat” MMC tərəfindən, Binəqədi rayonu, Teymur Yaqubov küçəsi 24 ünvanında Biləcəri bələdiyyəsi, Qəbələ rayonu, Çarxana kəndi ərazisində rayon sakinləri Yavər Mürsəlov və Kamal Zəkəryəyev, Şəmkir rayonu, Şəmkir-Qapanlı avtomobil yolunun sağ tərəfində isə Qapanlı kənd sakini Yusif İsmayılov tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.