Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbirləri davam edir
08 Aprel 2023, 16:15
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək məqsədilə növbəti ağacəkmə tədbiri bu gün Cəbrayıl rayonunda keçirilib.
"Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi"nin "Dostluq Meşəsi" adlandırılan sahəsində keçirilən ağacəkmə tədbiri zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Hesablama Palatasının rəsmiləri və əməkdaşlarının iştirakı ilə ağac tingləri əkilib.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji mühitin, bioloji müxtəlifliyin bərpası, yaşıllıq zonalarının genişləndirilməsi istiqamətində ağacəkmə tədbirləri keçirilir, müxtəlif növ ağaclar əkilir.