Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək
04 Aprel 2023, 11:00
Ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə 6 aprel 2023-cü il tarixində saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyinin inzibati binasında keçiriləcək.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsi üzrə təşkil olunacaq ictimai dinləmədə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edəcək, maraqlı tərəflərin fikirləri dinlənərək yekun rəy qəbul ediləcək.
Qeyd edək ki, ETSN-yə təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir.