Xəbərlər

Faktiki hava

02 Aprel 2023, 11:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 02-nə olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Qar örtüyünün hündürlüyü: Qrızda 21 sm, Şahdağda 20 sm, Lerikdə 15 sm, Qaxda 11 sm, Daşkəsən, Altıağac, Gədəbəydə 9 sm, Şəkidə 8 sm, Göygöl və Ordubadda 5 sm, Şamaxı, Xaltan, Qusarda 4 sm, İsmayıllı və Qobustanda 1 sm təşkil edib.

Müşahidə olunan və gözlənilən hava şəraiti, çaylarda olan vəziyyətlə bağlı daha ətraflı məlumatı meteo.az saytından əldə edə bilərsiniz.